Şoumen Okan Bayülgen sevgilisi Selin Atasoyla məkanların birindən çıxarkən kameralara tuş gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün gərgin olması diqqətdən qaçmayıb. İddiaya görə, Okanla Selin getdikləri məkanda dalaşıb. Əsəblərinə hakim ola bilməyən Bayülgen çantasını alaraq restorandan çıxıb və onu gözləyən avtomobilinə doğru gedib.
Atasoy da sevgilisinin ardınca gələrək maşının arxa oturacağına əyləşib. Cütlük jurnalistlərin suallarını cavablandırmadan oradan uzaqlaşıb.