Prezident Rəcəb Tayyib Ərdoğan və TRT-nin aparıcısı Pelin Çiftin arasında maraqlı dialoq yaşanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Çift Ərdoğandan TRT-nin efirində yayımlanan "Diriliş Ertuğrul" serialı ilə bağlı fikirlərini soruşub.
Prezident serialı bəyəndiyini və 7-dən 77-yə hər kəsin "Diriliş Ertuğrul"a baxdığını bildirib:
“Bizim evdə də sevə-sevə baxılan serialdır. 13 yaşında nəvəm var, o, nəinki, yeni bölümə baxır, hətta, səhəri gün təkrarını da izləyir. İnanıram ki, bu komanda bundan sonra daha yaxşı layihələrə imza atacaq”.