Müğənni Elton Hüseynəliyevin səhhəti pisləşib. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, bunu ifaçının prodüseri Tolik deyib:
“Bu gün səhər canlı efirdə olmalı idik. Axşam mənə zəng etdi ki, balıq yemişəm, halım pisləşib, zəhərlənmişəm. Verilişə də gələ bilmədi. Həkimə gedib, müayinə olunub. Hazırda vəziyyəti yaxşıdır”.