Dubay polisi modelə xəbərdarlıq etdi
20 fevral 2017 03:53 (UTC +04:00)

Dubay polisi modelə xəbərdarlıq etdi

BƏƏ polisi peterburqlu model Viktoriya Odinsovaya xəbərdarlıq edib. Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, buna səbəb modelin Dubayın göydələnlərindən birində ekstremal fotosessiya etdirməsi olub.

 

 Model söz verib ki, həyatı ilə riskə getməyəcək. Dubay polisinin nümayəndəsi Xəlil İbrahim əl Mənsuri deyib ki, 23 yaşlı Odinsova hüquq-mühafizə orqanlarına çağırılıb və “bir daha həyatını təhlükəyə atacaq addımlara yol verməməsi” üçün iltizama qol çəkib. Polis eyni zamanda qeyd edib ki, gənc rusiyalının fotosessiya üçün etdikləri onun həyatını təhlükə altına alır. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görmədən sırf gözəl şəkil çəkdirmək üçün belə addımlara yol vermək olmaz.

 

Belə professional fotosessiyaya ehtiyac duyanlar isə təhlükəsizlik tədbirləri üçün ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməlidilər. Viktoriya KİV-in və internet istifadəçilərinin diqqətini Dubaydakı Qayan Qalasının başına çıxıb, ekstrim fotolar çəkdirəndən sonra çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar