Türkiyəli müğənni Davut Güloğlu həmkarı Sılanı təhqir etdiyi üçün 14 ay həbs cəzası alıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, Güloğlu məhkəmə qərarı ilə həbs cəzası yerinə 8 min 500 TL ödəməli olacaq.
Qeyd edək ki, Türkiyədə 15 iyun hərbi çevrilişdən sonra “Demokratika və Şəhidlər mitinqi”nə qatılmaq istəməyən Sıla, “Çevrilişə qarşıyam, amma şouya qatılmayacam” demişdi. Davut Güloğlu da həmkarına televiziya proqramlarından birində cavab verərək onu təhqir etmişdi: “ S...b getsin”.