“Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova fotosessiya etdirib. Şəkillərini Lent.az-a təqdim edən müğənni özündən danışıb: “Neçə yaşım olmağına baxmayaraq 90-60-90-am. Azərbaycan şou-biznesində mənə tay olacaq məşhurlar barmaqla sayılacaq qədərdir. Belə qalmağım əbəs yerə deyil, axı, müğənnilikdən qabaq peşəkar idmançı olmuşam. 1-2 günə dəniz kənarında, çimərlik geyimində fotosessiya etdirəcəm. Həmin şəkillər də səs-küyə səbəb olacaq”.
3758