Baskov ad gününü Bakıda konsertlə qeyd edəcək
14 avqust 2017 20:39 (UTC +04:00)

Baskov ad gününü Bakıda konsertlə qeyd edəcək

Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanacaq.

 

Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.

 

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq.

 

Biletləri “Ticketbox.az” saytı vasitəsilə, habelə “28 Mall”, “Port Baku Mall” və “Ganjlik Mall”da almaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar