Bakıya gələcək Patrisiya Kaasdan <span style="color:red;">SƏRT TƏLƏB : <span style="color:red;">15 DƏQİQƏ
20 may 2014 11:59 (UTC +04:00)

Bakıya gələcək Patrisiya Kaasdan SƏRT TƏLƏB: 15 DƏQİQƏ

Dünyaca məşhur fransız ifaçısı Patrisiya Kaas Bakıya gəlir. “Baku Events”ın təşkilatçılığı ilə 29 may Heydər Əliyev Sarayında konsert verəcək ifaçı artıq kaprizlər göstərir.

 

Konsertin təşkilatçısı Kənan Bayramovun Lent.az-a verdiyi məlumata görə, ifaçı KİV-in konsertdə iştirakından: “Biz də müğənninin istəyini nəzərə almışıq. Eksklüziv yayımdan və informasiya dəstəyindən başqa ümid varıq ki, bizdən heç kim inciməyəcək. İfaçını çəkmək üçün 15 dəqiqə vaxt ayrılacaq”.

 

Kənan onu da əlavə etdi ki, müğənni üçün tək paytaxtdan yox, dünyanın bir neçə ölkəsindən media nümayəndələri müraciət edir: “Patrisiya Kaas qəti şəkildə müsahibə verməkdən imtina edib. Xarici ölkələrdən onun konsertini çəkmək üçün Bakıya gəlmək istəyənlər var. Amma ifaçının komandası buna razılıq vermir. İndi biz yalnız onun üçün çalışırıq ki, heç olmasa bir neçə qurum gəlib çəkə bilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1739

Oxşar yazılar