Faiq Ağayev
06 iyun 2024 19:07 (UTC +04:00)

Faiq Ağayev

“O müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” – Faiq Ağayev

“O şəxsin cəmi bir mahnısı var. O da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi. O şəxs isə bir qrupun solisti idi. Çağırmayın da bu insanı efirə. O kanaldan çıxıb, digərinə girir. Keçmişdə bir dənə mahnı oxuyub... O vaxtdan bu günı kimi bir dənə də olsa yeni mahnı oxumayıb. Yaşlı insandır, onu efirlərə çağırırlar ki, başqa insanları söysün. Ay qardaş mahnını oxu da... Sənin şöhrətli və şanlı sənət yolunda olmayıb ki, biz köhnə “baqajına” görə sənə hörmət edək”.

 Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

“Gənclərə yalnız dəstək durmaq lazımdır. Təbii ki, əgər o və mahnısı buna layiqdirsə. Dur onun arxasında, kömək elə. Biz əgər pisləri qınayırıqsa və zövqümüzü xərəb olmasında günahlandırırıqsa, yaxşıları da zamanında tərifləmək lazımdır” - deyə Xalq artisti bildirib.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar