“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
02 iyul 2025 16:39 (UTC +04:00)

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib.

Karikutal paylaşımında bunları yazıb:

“Menecerliyini etdiyim dəyərli aktyor Şekip Taşpınarı itirməyin dərin kədərini yaşayıram. Birlikdə çox şey paylaşdıq. Məkanın cənnət olsun, ağabey”…

Qeyd edək ki, 2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar