Qadını barda saxlamaq üçün  13 polis gəldi
02 iyul 2025 19:12 (UTC +04:00)

Qadını barda saxlamaq üçün 13 polis gəldi

Meksikanın San-Kristobal–de-las-Kasas şəhərində "mənəvi normaları" pozan belçikalı qadını saxlamaq üçün azı 13 polisə ehtiyac yaranıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “pozuntu” turistin mini yubkada gəzib yerli barlardan birində kişi ilə öpüşmək qərarına gəlməsindən ibarət olub. 

Polis onu digər ziyarətçilərdən təcrid edib və qadını qorumağa çalışan ətrafdakılara silah tətbiq etməklə hədələyib. Meksika rəsmiləri insidentlə bağlı məlumatı şərh etməyiblər.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, polis həbs zamanı "həddindən artıq güc" istifadə edib və bu anlar məlumata görə, küçələrdəki müşahidə kameralarına düşüb. Fəallar həmçinin belçikalı qadının cinsi zorakılığa məruz qala biləcəyindən narahat olduqlarını bildiriblər.

Hadisə axşam saatlarında baş verib və hüquq müdafiəçiləri şəhər merindən, yerli siyasətlilərdən və prokurorluqdan polis əməkdaşlarının hərəkətlərinin araşdırılmasını tələb ediblər.

Qeyd edilir ki, qadın rəfiqələri 4000 peso (təxminən 200 dollar) ödəməklə, zaminə buraxılıb. Mənbələrin sözlərinə görə, o, o qədər qorxub ki, baş verənləri şərh etməkdən imtina edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954

Oxşar yazılar