Lənkəranda körpə anasının bətnində  öldü
23 sentyabr 2026 12:52 (UTC +04:00)

Lənkəranda körpə anasının bətnində öldü

0

Lənkəranda altı aylıq hamilə qadının bətnində ölmüş döl aşkarlanıb.

Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonunun Adnalı kənd sakini Aygün Əhmətli, səhhətində yaranan problemlə əlaqədar Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.

Həkimlərin müayinəsi zamanı qadının bətnindəki dölün öldüyü müəyyən edilib. Daha sonra tibbi müdaxilə ilə ölü döl qadının bətnindən çıxarılıb.

Hazırda Aygün Əhmətlinin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Aygün Əhmətli iki övlad anasıdır. Bu, onun üçüncü hamiləliyi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar