Şabranda  dağ yanır
02 iyul 2025 16:14 (UTC +04:00)

Şabranda dağ yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb - FOTO

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar