29 yaşlı ispaniyalı OnlyFans modeli Fati Vaskes Lamin Yamal ilə hər hansı romantik münasibəti qəti şəkildə inkar edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onlar İtaliyada tətildə xizək sürərkən görüntülənib.
"Mən açıq şəkildə bildirmək istəyirəm ki, mənim bu hekayədə heç bir maddi marağım yoxdur və heç vaxt belə bir marağım olmayıb. 18 yaşımdan müstəqil qadın olmuşam.
Mən 10 ildən artıqdır ki, sosial mediada məzmun yaradıcısı kimi çalışıram, Lamin ictimai fiqura çevrilməzdən xeyli əvvəl. Karyeram sabit, peşəkar və müstəqildir.
Qaldığım müddətdə məndən əvvəl başqa bir qızın olduğunu və bir neçə saat görüşə bilmədiyimizi gördüm. Bu məlumat, oxşar vəziyyətdə olan hər kəs kimi məni də təəccübləndirdi.
Belə fikirlər səslənir ki, Lamin ictimai fiqur olmasaydı, mən ona fikir verməzdim. Amma insafla demək lazımdır ki, məndə olan şöhrət olmasaydı, yəqin ki, o da məni görməzdi".
Yamal da özündən 12 yaş böyük olan Vaskesə romantik marağı olduğu haqda yayılan xəbərləri təkzib edib.