Tərtərdə 40 yaşlı kişini ilan sancıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Seydimli kəndində qeydə alınıb.
Kənd sakini Süleymanov Rəşad Fəxrəddin oğlu həyətyanı sahədə işləyərkən ilan sancmasına məruz qalıb.
O, Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.(APA)