Tezliklə  toy olacaq:   Kərim Benzema aktrisa ilə evlənəcək
02 iyul 2025 19:58 (UTC +04:00)

Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək

Kərim Benzema sevgilisini tapıb, “Real”ın keçmiş hücumçusu aktrisa Lina Kudri ilə evlənmək qərarına gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mərasimin həftəsonu – iyulun 5-6-da Korsikada keçirilməsi planlaşdırılır.

 

Bəzi məlumatlara görə, onların münasibətləri 2022-ci ilin oktyabr ayından davam edir. Kudridən beş yaş böyük olan Benzema ilk dəfə may ayında Kann Film Festivalında "Kabilin cəhənnəmində: 13 gün, 13 gecə" (Linanın rol aldığı) filminin premyerasında birlikdə görünüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar