Azərbaycanda “İlin müğənnisi” adını kim qazandı?
10 iyun 2013 12:26 (UTC +04:00)

Azərbaycanda “İlin müğənnisi” adını kim qazandı?

Ötən gün Heydər Əliyev Sarayında “V and V” company tərəfindən 16-cı “Qrand” Milli İctimai Mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbirdə 2012-ci ildə Azərbaycan mədəniyyətinə xidmət edən sənətçilər mükafat alıb. Gecədə “İlin müğənnisi”, “İlin mahnısı” nominasiyaları üzrə qalib “Gizli sevgi”  mahnısı ilə Röya Ayxan olub. “İlin klipi” Aygün Kazımovanın “Hayat ona gözəl” klipi, “İlin dueti” Sinan Akçıl və Aygün Kazımovanın birgə ifa etdikləri “İkinci sən” dueti, “İlin meyxanaçısı”  Namiq Qaraçuxurlu, "İlin kişi müğənnisi" Zamiq Hüseynov, "İlin layihəsi" müğənni Zarina Məmmədova Türkəli Ümit Sayınla ifa etdikləri "Kader utansın" adlı mahnısının klipinə görə mükafatla təltif olunublar.

 

Qeyd edək ki, “V and V” company tərəfindən 16-cı “Qrand” Milli İctimai Mükafatına türkiyəli tanınmışlar - müğənni Sinan Akçıl, “Təhminə və Zaur” filmindən tanıdığımız aktrisa Meral Konrat, “Elə bir keçər zaman ki...” serialının Əli kapitanı – aktyor Ərkan Pətəkkaya və digər məşhurlar da layiq görülüb .

# 2697
avatar

Yalçın UĞUR

Oxşar yazılar