Şöhrətdən uzaq sevgilər   - Hollivudun 9 uzunömürlü münasibəti
01 oktyabr 2026 14:43 (UTC +04:00)

Şöhrətdən uzaq sevgilər - Hollivudun 9 uzunömürlü münasibəti

0

Dünyaca məşhur aktyorlar arasında həyatını şou-biznesin tanınmış siması olmayan insanlarla birləşdirənlər az deyil. Onların bəzilərinin münasibətləri onilliklərdir, davam edir.

Lent.az xarici mediaya istinadla həyat yoldaşını şou-biznesdən seçməyən məşhurları təqdim edir.

Corc Kluni və Amal Alamuddin

Uzun illər Hollivudun ən məşhurlarından biri hesab olunan Corc Kluni həyat yoldaşı Amal Alamuddinlə 2013-cü ildə ortaq dostlarının təşkil etdiyi görüşdə tanış olublar. Münasibət qısa müddətdə ciddiləşib və cütlük 2014-cü ildə Venesiyada evlənib.

Amal əyləncə dünyasından uzaq olsa da, heç də sıradan bir şəxs deyil. O, beynəlxalq hüquq və insan hüquqları sahəsində tanınmış hüquqşünasdır. Cütlüyün Ella və Aleksandr adlı əkiz övladları var.

Джордж Клуни и Амаль Аламуддин

Kristian Beyl və Sibi Blajiç

“Batman” obrazı ilə milyonların yaddaşında qalan Kristian Beyl şəxsi həyatını mümkün qədər mediadan uzaqda saxlamağa çalışan məşhurlardandır.

Aktyor Sibi Blajiçlə tanış olanda o, model kimi çalışır, eyni zamanda aktrisa Vinona Rayderin köməkçisi işləyirdi. Cütlük 2000-ci ildə Las-Veqasda evlənib və iki övladları var.

Sibi sonralar Kristian Beylin yalnız həyat yoldaşı deyil, onun ən yaxın dəstəkçilərindən biri olub. Aktyor müxtəlif müsahibələrində həyat yoldaşının karyerasında və şəxsi həyatında mühüm rol oynadığını bildirib.

Кристиан Бэйл с супругой Сандрой Блажич

Culianna Mur və Bart Froindlix

Culianna Murla rejissor Bart Froindlixin münasibəti çəkiliş meydançasında başlayıb.

Onlar 1996-cı ildə tanış olublar. Uzun müddət birlikdə yaşadıqdan sonra cütlük 2003-cü ildə rəsmi nikaha daxil olub.

İki övladı olan Culianna və Bart Hollivudun şəxsi həyatını mediadan ən çox qoruyan cütlüklərindən hesab olunur. Onları qırmızı xalçada tez-tez görmək mümkün olmasa da, Nyu-York küçələrində ailəvi gəzintiləri zamanı paparassilərin kameralarına tuş gəlirlər.

Джулианна Мур и Барт Фрейндлих

Eddi Redmeyn və Hanna Beqşou

Eddi Redmeyn və Hanna Beqşounun münasibəti uzun illər davam edən dostluqdan başlayıb.

Onlar hələ yeniyetməlik illərində tanış olublar və təxminən 12 il dost qalıblar. Daha sonra münasibətləri romantik xarakter alıb. Redmeyn Hannaya İtaliyanın Florensiya şəhərinə birlikdə getməyi təklif etdikdən sonra onların münasibətlərində yeni mərhələ başlayıb.

Cütlük 2014-cü ildə evlənib. Onların iki övladı var. Hanna uzun müddət ictimaiyyətin diqqətindən uzaq qalmağa üstünlük verib.

Эдди Редмэйн и Ханна Багшоу

Kianu Rivz və Aleksandra Qrant

Şəxsi həyatını ən çox gizli saxlayan Hollivud ulduzlarından biri Kianu Rivzdir.

Onun rəssam Aleksandra Qrantla münasibəti əvvəlcə dostluq və yaradıcı əməkdaşlıq kimi başlayıb. Onlar birlikdə kitab layihələri üzərində çalışıblar.

2019-cu ildə Kianu və Aleksandra ilk dəfə rəsmi tədbirə cütlük kimi qatılıblar. Bundan sonra münasibətlərini gizlətməsələr də, şəxsi həyatları barədə geniş danışmayıblar.

Son illərdə onların gizli şəkildə evləndiyi barədə xəbərlər yayılsa da, bu iddialar təsdiqlənməyib. Aleksandra Qrantın özü də belə xəbərlərin doğru olmadığını bildirib.

Киану Ривз и Александра Грант

Enn Hetuey və Adam Şulman

Enn Hetuey Adam Şulmanla çətin ayrılıq yaşadığı dövrdə tanış olub.

Adam aktyorluq fəaliyyəti ilə məşğul olsa da, daha sonra biznes və zərgərlik sahəsinə yönəlib. Onların münasibəti qısa müddətdə ciddiləşib və cütlük 2012-ci ildə evlənib.

Onlar şəxsi həyatlarını mediadan uzaq saxlamağa çalışırlar. Uzun illərdir birlikdə olan cütlüyün övladları da var.

Энн Хэтэуэй и Адам Шульман

Cennifer Lourens və Kuk Maroni

“Oyun aclığı” filmi ilə dünya şöhrəti qazanan Cennifer Lourens həyat yoldaşı Kuk Maroni ilə 2018-ci ildə tanış olub.

Maroni Nyu-Yorkda sənət qalereyasının direktoru kimi fəaliyyət göstərir. Cütlük 2019-cu ilin oktyabrında evlənib və hazırda iki övladları var.

Дженнифер Лоуренс и Кук Марони

Qal Qadot və Yaron Varsano

“Wonder Woman” obrazı ilə məşhurlaşan Qal Qadot gələcək həyat yoldaşı Yaron Varsano tədbirlərdən birində tanış olub.

Daşınmaz əmlak sahəsində çalışan Varsano tanışlıqlarından qısa müddət sonra Qadotla evlənəcəyini söyləyib. İki il sonra isə onun dediyi gerçəkləşib.

Cütlük 2008-ci ildə ailə qurub. Onların dörd qızı var.

Галь Гадот с мужем и детьми

Liza Kudrou və Mişel Stern

“Friends” serialının ulduzu Liza Kudrou ilə Mişel Sternin tanışlığı 1980-ci illərə gedib çıxır. Fransız reklam mütəxəssisi olan Sternlə Kudrou illər sonra yenidən görüşüb və 1995-ci ildə ailə həyatı qurub. 1998-ci ildə onların Culian adlı oğlu dünyaya gəlib.

Мишель Стерн и Лиза Кудроу

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar