Aysel "Eurovision"da ilk məşqini etdi
29 aprel 2018 22:16 (UTC +04:00)

Aysel "Eurovision"da ilk məşqini etdi

Bu il ölkəmizi “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

 

Lent.az-ın oxu.az-a istinadən xəbər verir ki, onun məşqdən olan videosu "Youtube" portalında yayımlanıb.

 

Ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

 

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar