Müğənni Nadir Qafarzadənin Lent.az-a müsahibəsində “2-3 sənətkardan başqa, əksəriyyətinin fəxri adı əlindən alınmalıdır. Çünki onlar bu ada layiq deyillər” sözlərinə xalq artisti Aygün Kazımovadan cavab gəlib. Lent.az-ın məlumatına görə, A.Kazımova İnstagram səhifəsində N.Qafarzadənin müsahibəsi olan şəkli paylaşıb və bu sözləri yazıb: “Nadir Qafarzadə əxlaq konusunda danışmasanız yaxşıdır. Məncə...Sənə elə deyəsən, buna görə ad vermirlər. Bu Nadejda da deyəsən kişiləşib".
Qeyd edək ki, müğənni Nadir Qafarzadə Lent. az-a bünları söyləyib: “Fəxri adın indi hansısa müğənnidən alınması gecdir. İndi bu adı onlardan almaq məncə düzgün olmaz. Sadəcə, bundan sonra baxmaq lazımdır ki, kimə ad verirlər. Ad alacaq şəxsin yaradıcılığından əlavə, əxlaqı keyfiyyətləri da nəzərə alınmalıdır. Xalq artisti adını daşıyan bəzi sənətçinin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən sənətçi nümunəvi olmalıdır... ”