![[b]<span style="color:red;">"Xalq Təranəni sürüdü" - Sərxan Kərəmoğlu[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Xalq Təranəni sürüdü" - Sərxan Kərəmoğlu[/b]
"Təranə Qumral xalqın gözündən düşüb "Maşın şou" mənim həyatımda yeni dönəm yaratdı. Allah Murad Dadaşovdan razı olsun".
Lent.az-ın məlumatına görə, bu sözləri aktyor, aparıcı Sərxan Kərəmoğlu deyib. Oyun zamanı müğənni Təranə Qumralla qalmaqal yaşayan Sərxan qarşı tərəfin ünvanına tənqidlər səsləndirib.
S.Kərəmoğlu bildirib ki, T.Qumral xalqın gözündən düşüb:
"Məni təkərə bağlamaq istəyən qadın, səni bağladılar təkərə və sürüdülər. Bunu isə məğlub olub kimsənin üstünə atma. Xalq səni sürüdü. Butulka atdın, "qatıxlama" söylədin, nələr dedin sən mənə? Xalq verilişə baxır və nəticə çıxarır. Üç dəfə qalib oldum, sən bir dəfə də qalib ola bilmədin. Niyə? Çünki Nadir qardaşın (müğənni Nadir Qafarzadə - red.) kimi seçimin düzgün olmadı.
İndi milyonların sevgisini qazanan mənə məğlub olan bir qadın kimi nə ağzına gələnləri yazırsan? Sən heç "dost" kəlməsinin mənasını bilirsən? Məncə yox. Sənə məsləhətim odur ki, artıq-əskik danışmaqdansa, "qadın" adını qoru, xanım adını itirsən belə. Əsl xanım sənin dediyin ifadələri işlətməz. Sənin əlindəki nə bayraqdı bilmirəm, amma Azərbaycan xalqının bir bayrağı var, üç rəngli bayraq... Bir də sənə demək istəyirəm, sən mənim yadıma düşmürsən, imkanın varsa məni də yadına salma. O ki qaldı konsertlər verməyini deməyinə... Harada? Necə? Mən konsertlər verib, xalqın sevgisini qazanmışam, səhnəyə çıxanda məni ayaqüstə alqışlayırlar. Evim, maşınım, var-dövlətim budur".
Qeyd edək ki, Təranə ilə Sərxan arasında qalmaqal "Maşın" şousu zamanı yaşanıb.
Oxşar yazılar

Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06
Pərəstişdən, nifrətə: Xalqın sevgisini itirən 10 ulduz
8 avqust 2025 , 14:49
Özcan Denizin ailəsində böhran: “Barışın, yoxsa villaları yandıraram!”
7 avqust 2025 , 19:46
Seda Sayanın dodaq uçuqladan var-dövləti: Onun kirayə gəlirləri isə...
7 avqust 2025 , 15:51
İlon Maskdan Azərbaycanla bağlı PAYLAŞIM
7 avqust 2025 , 12:42