Əməkdar artist Tünzalə Əliyeva ( “Toppuş bacı” ) xınayaxdı biznesini bağlayıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə Yalçın Uğurun təqdimatında APA TV-də yayımlanan “Show time” verilişində danışıb. O bildirib ki, hazırda qazanc yeri yalnız televiziyadır: “Əvvəllər xınayaxdı mərasimlərinin təşkili biznesim var idi, indi yoxdur. Tək ümidimi də ona bağlamamışdım. Mən televiziyada da işləyirəm. Oradan da maaş alıram. Seriallara, reklama çəkilirəm. Yəni qazanc yerim var. Son vaxtlar yalnız televiziya sahəsindən qazanıram. Xınayaxdı biznesindən qazanmaq artıq çətinləşib. Amma indi də xınayaxdıya dəvət alaramsa, gedərəm. Məsələn, əvvəllər 1 ayda 5 xına olurdusa, indi 5 ayda 1 xına olur. Ona görə də ümidimi bu biznesə bağlasam, gərək ac qalam. Şükür edirəm ki, öz ayağım üstə dayanmağı bacarıb, övladımı dolandıra bilirəm”.