“Şou-biznesdə Aygün və Röyaın adının yanında 3-cü bir ad görmürəm”.
Lent.az-ın məlumatına görə, bu sözləri prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədəki səhifəsində yazıb: ““Aygün və Röya şou-biznesin aparıcı qüvvələridir. Kim nə istəyir desin. “Ay mənim səsim hamıdan yaxşıdır”, “Mən beləyəm, mən eləyəm” sözlərinin xeyri yoxdur. Mən hələ ki, Aygün və Röyanın yanında 3-cü ad görmürəm. Və bunu əminliklə yazıram ki, yaxın 10 ildə heç kimi görmürəm. Siz nələrisə onsuz da təkrarlayırsız, amma yeni heç nə yoxdur, alınmır, çünki ulduz olmaq hər adama nəsib olmayıb. Hələ özümü demirəm, 12 ildir ki, özümə bir rəqib görmürəm”.