“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı
26 iyun 2017 12:00 (UTC +04:00)

“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı

Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlanıb. Lent.az-ın məlumatına görə, 16-26 yaş arası subay xanımlar özünü bu layihədə sınaya bilər. Qeydiyyat iyulun 10-a kimi davam edəcək.

 

Qeyd edək ki, layihə MUSE və World Beauty Congress (WBC) tərəfindən ölkəmizdə keçirilir. Qalib ölkəmizi “Supermodel İnternational 2018” dünya müsabiqəsində 40 ölkə arasında təmsil edəcək.

 

Qeydiyyat üçün 2 ədəd 10x15 ölçüdə (tam üz və tam boy) fotoşəkil gətirməyiniz lazımdır.

 

Ünvan : Süleyman Vəzirov 22 ( Xətai Metrosunun arxası )

 

Lent.az tədbirin informasiya dəstəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar