Trampın siyasəti Selena Qomezi ağlatdı
28 yanvar 2025 12:21 (UTC +04:00)

Trampın siyasəti Selena Qomezi ağlatdı

Selena Qomez İnstaqramda paylaşdığı emosional videoda meksikalıların deportasiya edilməsindən danışarkən göz yaşların; saxlaya bilməyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 32 yaşlı aktrisa və müğənni prezident Donald Trampın bütün qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etmək planlarını şərh edərkən ağlayıb:

"Çox üzr istəyirəm, kaş ki, bir şey edə biləydim, amma bacarmıram. Nə edəcəyimi bilmirəm. Hər şeyi sınayacağam, söz verirəm".

O, paylaşımını tez silib və “Görünür, insanlara qarşı empatik olmaq yaxşı deyil” sözləri ilə paylaşım edib.

İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bazar günü bildirib ki, ümummilli miqrasiya əməliyyatı 956 nəfərin həbsi ilə nəticələnib, bu, Trampın hakimiyyətə gəlişindən bəri ən böyük həbs sayıdır.

Çikaqo, Nyuark və Mayami də daxil olmaqla bir çox şəhərlərdə keçirilən reydlər yeni genişləndirilmiş həbs səlahiyyətlərinə malik bir sıra federal qurumları əhatə edib.

Qomez daha əvvəl "Netflix"də ABŞ-da sənədsiz ailələrin həyatından bəhs edən “Undocumented Life” adlı sənədli filmi yayımlamışdı.

Həmin vaxt Texas əsilli keçmiş Disney Şannel ulduzu ailəsinin 1970-ci illərdə bibisinin yük maşınının arxasında gizlənərək Meksika sərhədini keçərək ABŞ-a keçməsi ilə başlayan immiqrasiya tarixini təsvir edirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444

Oxşar yazılar

Məşhur modelin fotoları YAYILDI

Məşhur modelin fotoları YAYILDI

2 iyun 2025 , 13:55
Ceki Çan xatirələrini  bölüşdü: "Atam CASUS  olub"

Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"

2 iyun 2025 , 13:09
Nura Suridən BİR TƏSƏLLİ

Nura Suridən BİR TƏSƏLLİ

2 iyun 2025 , 12:01
Miri Yusif   Türkiyədən Bakıya köçür - VİDEO

Miri Yusif Türkiyədən Bakıya köçür - VİDEO

2 iyun 2025 , 11:52
Məşhurlar Bodrumda: Qucağında  sahilə apardı  -FOTOLENT

Məşhurlar Bodrumda: Qucağında sahilə apardı -FOTOLENT

2 iyun 2025 , 10:28
Valeri Mahaffey

Serialların ulduzu öldü

1 iyun 2025 , 12:57
Dünyanın ən böyük yanaqlı  qadını fotosunu paylaşdı

Dünyanın ən böyük yanaqlı qadını fotosunu paylaşdı

30 may 2025 , 15:08
Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahəti  – Ağızlar açıq qalıb

Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahətiAğızlar açıq qalıb

30 may 2025 , 10:56