"Tel-Əvivdə  keçirdiyim həyəcanı   uzun müddət unutmayacağam" - Samirə Əfəndi-VİDEO
09 oktyabr 2023 20:03 (UTC +04:00)

"Tel-Əvivdə keçirdiyim həyəcanı uzun müddət unutmayacağam" - Samirə Əfəndi-VİDEO

"Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı. Orada keçirdiyim həyəcanı uzun müddət unutmayacağam".

Lent.az xəbər verir ki, bunu İsraildən Vətənə qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib:

"Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük. Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər. Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, azərbaycanlı müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə "HƏMAS"ın İsrailə hücumundan sonra yaranan hərbi vəziyyətə görə, Tel-Əviv şəhərində qaldıqları hoteldə sığınacağa yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8668

Oxşar yazılar