Müğənni Kənan Doğulunun qardaşı musiqiçi Ozan Doğulu sevgilisi və qızları ilə çəkdirdiyi şəklini sosial media hesabında paylaşıb.
Lent.az xəbər verir ki, 51 yaşlı məşhur aranjimançı 5 ildir özündən 19 yaş kiçik Hera Aslan ilə eşq yaşayır.
Sosial mediada aktiv olan məşhur cütlük sevgilərini zaman-zaman İnstaqram hesablarında izləyiciləri ilə bölüşürlər. Onun sevgilisi və qızları ilə paylaşdığı şəklinə də yüzlərlə bəyənmə eləcə də şərh gəlib.
İkili, həmçinin evlilik haqqında düşünmədiklərini də vurğulayıb.
Qeyd edək ki, Ozan Doğulunun ilk evliliyindən 3 qızı var.