Ötən aylarda sürücülük vəsiqəsi əlindən alındığı üçün avtomobil idarə etməsinə qadağa qoyulan məşhur model Ece Sükanın sükan arxasında fotoları yayılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Türkiyənin Bebek bölgəsində məkanların birinin çıxışında maşınına əyləşərkən görüntülənib. O, media nümayəndələrinin "Bizi görməsəydiniz belə, sürücülük vəsiqənizin olmamasına rəğmən maşın sürəcəkdinizmi?" sualına "Siz çox ağıllısınız deyəsən..." deyərək qəzəbli reaksiya verib.
Daha sonra yan oturacağa keçən Ece avtomobilini polis əməkdaşına həvalə edib.
Qeyd edək ki, model Ece Sükan keçən ayların birində içkili halda maşın sürdüyü üçün saxlanılıb və 2 il müddətində sürücülük vəsiqəsi əlindən alınıb.