Məşhur müğənni Seda Sayanın özündən 25 yaş kiçik həyat yoldaşı Çağlar Öktenin birinci evliliyindən olan oğlu Artur Öktenin verdiyi açıqlama gündəm olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı Artur sosial media hesabında "Sən Seda Sayana ana deyirsən?, Seda Sayan kimi anan var, kürəyin yerə dəyməz" kimi şərhlərə cavab verib.
"1. Seda mənim anam deyil, ona bacı deyirəm. 2. Əsl anam sayəsində belim yerə dəymir. Anam arxamdadır, Seda bacı yox" – deyib.