Dünya ulduzu, kolumbiyalı müğənni Şakira yeni klipində ona xəyanət edən futbolçu sevgilisi Jerar Pikedən ayrılması və yaşadığı talesiz münasibəti barədə bəhs edib.
Lent.az xəbər verir ki, repçi Ozuna ilə oxuduğu "Monotonia" ("Monotonluq") mahnısının klipinə ifaçının sevənləri reaksiyasız qalmayıb.
Mahnının sözlərində monotonluğun məhv etdiyi münasibətdən,keçmiş sevgilisinin həmişə diqqət mərkəzində olmaq istədiyi, qayğı və sevgisinin cavabsız qaldığı və bunun heç kimin günahı olmadığı deyilir.
Qeyd edək ki, Şakira və Jerar Pike 11 il birlikdə olub. Evlənməsələr də, onların 9 yaşında Milan, 7 yaşlı Saşa adında iki oğulları var .