Rəqqasə Renka (Rəna Ağamuradova) övladları ilə bağlı artıq heç nə paylaşmayacağını bildirib.
Lent.az xəbər verir ki, rəqqasə bu barədə öz şəxsi “Instagram” hesabında yazıb.
“Bu gündən sonra uşaqlarımın şəkillərini paylaşmayacağam. Ailəmə aid nə varsa, heç nə. Çünki əsəblərim artıq dözmür. Bu həyatda o qədər qurdlu, pis insanlar var ki.. Uşaqlara yazdıqları şərhlərə baxıram əsəblərim pozulur. Mən də anlayıram ki, hamının cavabını verə bilmərəm. Elə yaxşısı onları paylaşmıyım”, - Renka deyib.
Xatırladaq ki, Rəna Ağamuradovanın bir oğlu və bir qızı var. Uşaqları ilə istirahətdə olan rəqqasə bir neçə gündür ki, instaqramda onlarla tətil şəkillərini paylaşırdı.