Türkiyəli məşhur müğənni Rafet El Roman özündən 24 yaş kiçik sevgilisi Yasemin Gergeçlə restorandan çıxarkən görünüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni jurnalistlərin suallarını cavablayarkən sevgilisi ilə aralarındakı yaş fərqinə görə edilən mənfi şərhlərə də fikir bildirib:
“Bir-birinə emosional bağlı olan insanlar sevgi və ya yaşla məhdudlaşdırılmamalıdır. Düzdür, yaş fərqinə görə istər-istəməz insanlarda müxtəlif fikirlər ola bilər. Əgər bu, realdırsa və ciddidirsə, onu mühakimə etməməliyik. Əsl sevgililər eyni yaşdadır. Yaş fərqi bir-birini sevən insanlara aid deyil. Yaseminlə heç vaxt bu haqda danışmırıq".
Yasemin Gergeçlə münasibətlərinin çox yaxşı getdiyini deyən müğənni “Sürpriz qərarlar varmı?” sualına cavab verib:
“İstənilən vaxt belə bir qərar verə bilərik. Deyim ki, ailələr ilk dəfə görüşdülər. İlk görüşümüz çox yaxşı keçdi".
Qeyd edək ki, Rafet El Roman daha əvvəl iki dəfə evlənib. Onun 3 övladı var.