Dünyaca məşhur müğənni Riki Martin barəsində açılan qalmaqallı məhkəməni qazanıb.
Lent.az xəbər verir ki, o, 21 yaşındakı qardaşı oğlu ilə 7 ay boyunca intim münasibət yaşadığını və ona zorakılıq tətbiq etdiyi iddialarının əsassız olduğunu məhkəmədə sübut edib.
Bildirilir ki, Riki qardaşı oğlunun psixoloji problemlərinin olduğunu deyib. Bundan başqa, müğənni barəsində iddia edilənlər doğru çıxsaydı, o, 50 il həbs cəzası alacaqdı.
Qeyd edək ki, 1990-cı illərdən bəri populyarlığının pik mərhələsini yaşayan Riki Martinin 2 uşağı olmasına baxmayaraq, o, 2010-cu ildə homoseksuallığını etiraf etmişdi. O, indi həmcinsi Xuan Yoseflə evlidir.