Rusiyanın prezidenti Vladimir Putinin bənzəri kimi tanınan və "Comedy Club" rezidenti olan aktyor Dmitri Qraçev yeni uşaq verilişi hazırlayır.
Lent.az xəbər verir ki, o, prodüser şirkəti vasitəsilə həm uşaqlar, həm də böyüklər üçün filmlər və seriallar istehsal edir.
2022–2023-cü illərdə "ŞKLT" adlı serialı buraxıb. Hazırda isə daha çox "Late night show" formatında olan və iştirakçıları yalnız uşaqlar olacaq yeni bir televiziya layihəsi üzərində çalışır. Proqramda məşhurlar uşaqlarla söhbət etmək üçün qonaq qismində iştirak edəcəklər.
Bundan əlavə, Qraçev "Kreml sehrbazı" filmində prezident rolunu canlandıracaq aktyor Cud Lou haqqında da danışıb və onun bu rolu uğurla ifa edəcəyinə əminliyini bildirib.