Rusiyalı porno ulduz Eva Elfi (əsl adı Yuliya Romanova) işinin çətinliyindən şikayətlənib. “YouTube”da mövcud olan “Petya İçməyi sevir” şousunun efirində o, porno aktyorların bəzən çətin şəraitdə çəkilməyə məcbur edildiyini söyləyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Elfinin sözlərinə görə, o və başqa bir aktrisa bir dəfə güclü yağışda işləməli olub. “Dənizdə bir qayanın üstündə dayanmışdıq, dalğalar qayaya çırpılaraq bizə sıçrayırdı. Alt paltarımızda çox gözəl poza vermək lazım idi. Dəhşət, nə qədər soyuq idi, bütün bədənimi qaz tükləri bürümüşdü. Hər on dəqiqədən bir bizə yaxınlıqdakı saunada isinməyə icazə verilirdi”, deyə o xatırladıb.
Porno ulduzun sözlərinə görə, bu çəkilişdən sonra çox soyuq olduğu üçün ağlayıb. “Xeyr, bacarmıram, bu mənim üçün çətindir deyə bilməməyim xoşuma gəlmədi” Elfi əlavə edib.