Dünyaca məşhur müğənni Cennifer Lopes “Vogue” jurnalına verdiyi yeni müsahibəsində həyat yoldaşı Ben Aflekin ona qarşı sevgisindən danışıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cennifer Lopes bildirib ki, Ben Aflekin yanında olarkən o, özünü daha rahat hiss edir:
"Həyatında elə bir mərhələyə çatmışam ki, onun hər zərrəsini sevirəm. Məhz bu səbəbdən onun yanında olarkən özümü çox xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, məşhur cütlük 2022-ci ildə ailə həyatı qurub.