“Nəfəs geyimimlə gəzirdi, indi məni saymır” - Rəqqasə
16 fevral 2024 14:51 (UTC +04:00)

“Nəfəs geyimimlə gəzirdi, indi məni saymır” - Rəqqasə

“Yaxşılıqları unutmaq yaxşı şey deyil. Ulduz xəstəliyinə tutulub. Mən onu işə düzəltdim, o isə məni saymadı”

Lent.az-ın xəbərinə görə, bunu “Xəbərin var?” adlı proqramda “Rusalka” ləqəbi  rəqqasə Aygün Babayeva müğənni Nəfəs  haqqında danışarkən deyib.

“Yadına gəlir? Xırdalanda mənim evimə gəlib paltarımı geyinib getdin. Sonra da ad günü məclislərinin birində mənimlə uzaqdan soyuq salamlaşdın. Səni restoranların birinə işə mən düzəltdim, sonra qabağa getdin. Paltarlarımı da ona verdim ki, geyinsin işə getsin.

Sənin bu hərəkətin çox ayıbdır. Yaxşılıqları unutmaq yaxşı şey deyil. Ulduz xəstəliyinə tutulub. Amma lap əvvəllər Nəfəs məni məclislərdə görəndə çox səmimi görüşüb, salamlaşırdı”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10839
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar