2020-ci ildə özlərinə daha bir şans verən türkiyəli müğənni Mustafa Sandal və Melis Sütşurup nikah masasına oturmağa hazırlaşır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük evlilik qərarına gəlib.
Melis Sütşurup toy dəvətnaməsini “İnstagram” hesabında paylaşaraq şad xəbəri açıqlayıb.
Cütlüyün 10-12 iyun tarixlərində - 2 gün davam edəcək toy mərasimi planlaşdırılıb. Sütşurup və Sandal izləyicilərdən çoxlu "Xoşbəxtliklər..." mesajları alıblar.