Türkiyənin “Manifest” qrupunun qurucusu və meneceri Tolga Akış barəsində aparılan istintaq çərçivəsində saxlanılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, onun barəsində İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə istintaq bürosu tərəfindən “əxlaqsızlıq”, “narkotik maddədən istifadə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddələri üzrə araşdırma aparılır.
Tolga Akışın evində də axtarış keçirilib. Axtarış zamanı qızıl, Türkiyə lirəsi və xarici valyutada pul, həmçinin ümumi dəyəri 10 milyon lirə olan sənədlərin aşkarlandığı bildirilir. Sənətçinin işi hazırda məhkəməyə göndərilib.