Məşhurlar dənizdə öpüşərkən paparazzilərə YAXALANDILAR
17 iyul 2026 10:14 (UTC +04:00)

Məşhurlar dənizdə öpüşərkən paparazzilərə YAXALANDILAR

0

Türkiyənin tanınmış aktyorları Birce Akalay və Hakan Kurtaş Bodrum tətili zamanı kameralara tuş gəlib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir münasibətdə olan cütlük çimərlikdə səmimi və xoş əhval-ruhiyyəsi ilə diqqət çəkib.

Yalıçiftlikdə yerləşən çimərlikdə istirahət edən Akalay və Kurtaş əvvəlcə şezlonqlarda söhbət edib, daha sonra isə Egey dənizinin sərin sularına girərək vaxt keçiriblər. Cütlüyün dənizdə bir-birinə göstərdiyi sevgi dolu davranışlar və romantik anlar obyektivlərdə əks olunub.

Gün ərzində olduqca rahat görünən məşhurların zarafatlaşaraq əylənməsi də diqqətdən yayınmayıb. Gözlərdən uzaq münasibət yaşamağa üstünlük verən Birce Akalay və Hakan Kurtaşın Bodrum tətilindən görüntüləri qısa zamanda maqazin gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar