Məşhur müğənnimizin EVİ, ÖVLADLARI...  - VİDEO
22 noyabr 2021 17:04 (UTC +04:00)

Məşhur müğənnimizin EVİ, ÖVLADLARI... - VİDEO

Müğənni Elçin Hüseynov övladları ilə birgə kameralar önünə keçib.

Lent.az-ın məlumatına görə, ifaçı “Günün sədası” verilişində bu sözləri danışıb: 

“Böyük qızımın 12, ondan kiçiyinin 10, oğlumun 9, balacanın isə 4 yaşı var. Ailəlikcə 3-4 aydan bir ziyarətgahlara gedirik. Sonuncu dəfə gedəndə övladlarımla şəkil çəkdirdim. Sonra şəkilə baxdım, gördüm ki, artıq qızlarım mən boyda olublar. Qızlarıma dedim ki, bundan sonra sizinlə birgə şəkil çəkdirib "Instagram"da paylaşmaq olmayacaq.

Sosial şəbəkələrdə ailə problemləri yaşayanlar görürük. Onlarda əsas problem kişidə olur. Qadında günah yoxdur. Çünki kişi ailənin təməlini düzgün qura bilməyib. Şou aləmində də elələri var. Özü düzgün ailə qurmağı bacarmayıb, amma efirdə ailə dəyərlərindən danışır. Tamaşaçı olaraq onlara gülürəm". 

İfaçı bir müddət öncə Rusiyaya səfər etməsindən də söz açıb: ”Moskvaya birdəfəlik köçmək fikrim yoxdur. Çünki hara getsən də, Azərbaycanın yerini verən yoxdur. İlk dəfə Azərbaycana başqa ölkədən müğənnini mən gətirmişəm. O zamanlar Türkiyədən Çingiz Kurtoğlunu ölkəmizə gətizdirmişdim”. 

# 4296
avatar

Yalçın UĞUR

Oxşar yazılar