Rusiyalı məşhur müğənni Valeri Leontyev ağır əməliyyat keçirib.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müğənni keçirdiyi əməliyyatdan sonra yeriyə bilmir. Onun gözlərindən və dizlərindən əməliyyat olunduğu bildirilir.
Leontyevin yaxın dostlarından biri bildirib ki, o uzun müddətdir Amerikada, Mayami şəhərindəki villasında yaşayır və evindən bayıra çıxmır. Gəzən söhbətlərə görə, üzündə keçirdiyi saysız- hesabsız plastik əməliyyatlar da öz fəsadlarını artıq göstərməkdədir. Üzü tamamilə deformasiyaya uğrayıb.
72 yaşlı Leontyev 5 milyon dollarlıq villasında özünü həbs edib və hər kəsdən gizlənir.