Məşhur müğənni konsertdən sonra  yolda GÜLLƏLƏNDİ - HADİSƏ ANI
29 aprel 2026 14:21 (UTC +04:00)

Məşhur müğənni konsertdən sonra yolda GÜLLƏLƏNDİ - HADİSƏ ANI

1

Braziliyada konsertdən sonra məşhur müğənni Anderson Neiff və onun musiqiçilərinə silahlı hücum olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə aprelin 26-da Sao Paulo şəhərində baş verib. 

Çıxışdan sonra musiqiçilərin olduğu furqonu üç motosikletli şəxs təqib edib. Bir müddət sonra avtomobil tıxacda dayanarkən motosikletdə olanlar furqona atəş açaraq 5–6 dəfə güllə atıblar. Qəlpələr 24 yaşlı Neiffi yaralayıb.

Müğənni xəstəxanaya çatdırılıb, əməliyyat olunub və elə həmin gün evə buraxılıb. “Üçüncü atəşdən sonra panikaya düşdüm. O güllə mənə dəydi. Elə hiss etdim ki, sanki kürəyimə sement kisəsi ilə vurublar. Məni irəli atdı”, – deyə o, baş verənləri təsvir edib.

Cinayətkarları “isti izlərlə” yaxalamaq mümkün olmayıb. Anderson Neiff və onun həmkarları polisə bildiriblər ki, onların heç bir cinayətkar qruplaşma ilə əlaqəsi və ya problemi yoxdur. 

Musiqiçi xatırladıb ki, konsert zamanı tamaşaçılar arasında qalmaqal baş verib. Onlardan biri hesab edib ki, onun yanında olan qadın sənətçilərə həddindən artıq diqqət göstərir. Eyni zamanda şahidlər bildirib ki, motosikletçilər konsertin keçirildiyi klubun ətrafında dövrə vurublar. Polis hadisəni sui-qəsd kimi qiymətləndirib.

Anderson Neiff Braziliyada məşhur olan breqa-fank üslubunda musiqi ifa edir. Bu janr melodikliyi və yüksək ritmi ilə seçilir. O, əvvəlcə internetdə rəqqas və komik kimi məşhurlaşıb. Onun YouTube səhifəsində altı milyondan çox abunəçi var. 2025-ci ildə yayımlanan “Tua Ex E Uma Delicia” (“Sənin keçmişin çox cazibədardır”) adlı klipi isə 27 milyondan çox baxış toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 346

Oxşar yazılar