Türkiyəli məşhur müğənni Berkay Şahin həyat yoldaşına “Alaçatı”dan villa alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 30-u 2016-cı ildə Özlem Ada Katipoğlu ilə nikah masasına oturan Berkay Şahin həyat yoldaşına “Alaçatı”dan villa aldı xəbəri ilə gündəmə gəlib.
Berkay xəbərlə bağlı suala isə "O evi qızım Arya dünyaya gəlməmişdən əvvəl almışam, amma xəbər yeni çıxıb. Sevdiklərim, həyat yoldaşım və ailəm üçün əlimdən gələni etməyə çalışıram" cavabını verib.
