Məşhur müğənni boşandıqdan sonra ilk dəfə danışdı
21 avqust 2023 10:57 (UTC +04:00)

Məşhur müğənni boşandıqdan sonra ilk dəfə danışdı

Türkiyəli məşhur müğənni Oğuzhan Koç aktrisa Demet Özdemirlə qısa müddətli evliliyi haqqında danışıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Oğuzhan Koç bildirib ki, Demetlə hər şey gözəl idi:

“Onunla yaşadığım üçün xoşbəxtəm. Başıma belə bir şey gəldiyinə görə sevinirəm. Elə şeylər də var ki, onları sonradan öyrənəcəm. Ola bilsin ki, daha sonra anlayacağam. Amma həyatda bunlar var, ona görə də maraqlıdır”.

Qeyd edək ki, cütlük 8 ay evli qalıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5619
avatar

Arzu Qurbanlı

Oxşar yazılar