Rəqs videoları ilə tanınan hicablı "TikTok" fenomeni Esra Rabia Ünalla bağlı diqqətçəkən iddia gündəmə gəlib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sosial mediadakı bəzi mənbələrdə Esra Rabia Ünalın 5 il əvvəl Adanada fahişəlik əməliyyatı zamanı həbs edildiyi, ləqəbinin Çəhrayı Panter, əsl adının isə Ayşe Bolhatoğlu olduğu iddia edilib. Sosial media hesablarından iddialarla bağlı video paylaşan Ünal sözügedən şəxsin özü olmadığını bildirib. Ona böhtan atıldığını iddia edən Ünal sərt reaksiya verib:
"Bu qadın kimdir? Belə bir şey yoxdur. Heç mənə oxşamır. Bu qadının mənimlə nə əlaqəsi var?".