Hollivud ulduzu Silvestr Stallone qızlarını Rokki üslubunda məşq etməyə məcbur edib. Nyu-Yorka köçməzdən əvvəl Stallone onlara özünümüdafiə öyrətmək üçün “Dəniz pişikləri” qüvvələrindən məşqçi tutub.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, onun 25 yaşlı qızı Sistine bildirib ki, meşədə altı saata yaxın çətin şəraitdə məşq ediblər. Bu qızların televiziyada nümayiş etdirilən bir şouya çəkilmələri üçün lazım olub.
Stallonenin həyat yoldaşı Cennifer Flavin atalarının balaca olanda qızlara hərbi özünümüdafiə təlimi keçdiyini söyləyib. Sofiya əlavə edib ki, aktyor qızlarını hər gün səhər saat 6-da yuxudan oyadıb müxtəlif çətin idman hərəkətlərini yerinə yetirməyə məcbur edirmiş.