Məşhur aktyor aliment ödəyəcək
13 iyul 2023 23:48 (UTC +04:00)

Məşhur aktyor aliment ödəyəcək

Məhkəmə aktyor Kevin Kostneri həyat yoldaşına ayda 129 min dollar məbləğində aliment ödəməyə məcbur edib.

Lent.az xəbər verir ki, bu barədə "People" nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Artıq bir aydan çoxdur ki, 68 yaşlı aktyor həyat yoldaşı Kristin Baumqartnerlə boşanma prosesindədir.

Cümə axşamı, iyulun 13-də məhkəmə Kevin Kostnerə həyat yoldaşına aylıq aliment ödəməyi tapşırıb.

Əvvəlcə o, 250 min dollar məbləğində pul istəsə də, aktyor 50 min dollar tələb edib.

Məhkəmə həyat yoldaşının tələb etdiyi vəsaitin yarısını ödəməyə qərar verib.

Mayın əvvəlində Kristin Baumqartner 18 illik evliliyindən sonra aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib. Sənətçinin həyat yoldaşı boşanma ərizəsində “barışmaz fikir ayrılıqlarını” göstərib.

Kevin Kostner həftələrdir ki, Kristin Baumqartneri Kaliforniyadakı mülkünü tərk etməyə məcbur etməyə çalışır. Aktyor keçmiş həyat yoldaşları tərəfindən 2004-cü ildə imzalanmış nikahdan əvvəlki müqaviləyə istinad edir ki, boşanma halında o, 30 gün ərzində evlilik evini tərk etməlidir.

Bundan əvvəl Kevin Kostner keçmiş həyat yoldaşını plastik əməliyyata aliment xərcləməkdə ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Oxşar yazılar