"Adını Feriha koydum" serialının baş rol ifaçısı, Türkiyənin tanınmış aktrisası Hazal Kayanın hamilə olması iddia olunur.
Lent.az-ın xəbərinə görə, bu barədə ilk dəfə Hürriyet qəzeti məlumat yayıb. Bildirilir ki, Hazal 3 aylıq hamilədir. Bu, onun ikinci hamiləliyi hesab olunur.
Qeyd edək ki, aktrisa Hazal Kaya həmkarı Ali Atayla 6 ildir bərabərdir. Onların bu nikahdan 3 yaşında oğulları var.