Meryem Üzərlinin son gözəllik əməliyyatı ona  baha başa   gəldi
07 yanvar 2024 13:32 (UTC +04:00)

Meryem Üzərlinin son gözəllik əməliyyatı ona baha başa gəldi

“Möhtəşəm 100 il” serialı ilə məşhurlaşan aktrisa Meryem Üzerli indi də estetik əməliyyatlarla gündəmdədir.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, amerikalı estetik cərrah Simon Ouriana son əməliyyatı üçün 67 min dollar ödəyib. Gənc və təravətli görünmək üçün üzünə etdirdiyi son prosedurlar aktrisaya çox baha başa gəlib.

Aktrisa Nyu-York küçələrində çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb. Onun “Elisabetta Franchi” brendinə məxsus çəkmələrinin qiyməti  26 min lirə, libasının qiyməti 15 min lirə təşkil edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15525
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar